ABŞ və İran hansı məsələlərdə razılaşa bilər? - Kompromislər
sizinxeber.az xəbər saytı

ABŞ və İran hansı məsələlərdə razılaşa bilər? - Kompromislər


ABŞ Prezidenti Donald Tramp tərəfindən bir aydan artıq davam edən təhdidedici ritorika və ultimatumların eskalasiyasından sonra – ki, bunun kulminasiyası onun İranı bombardmanlarla “daş dövrünə qaytarmaq” hədəsi olub.

Far.Az xəbər verir ki, bu barədə “Blumberq” nəşri yazıb.

“Tərəflər İslamabad şəhərində görüşəndə, fevralda – müharibədən əvvəl keçirilən danışıqlarda həll olunmamış eyni mübahisələrlə, eləcə də daha kəskin yeni problemlərlə üzləşəcəklər. Əgər Tramp ümid edirdisə ki, bombalar İranı o vaxt razılaşmaya getmədiyinə görə peşman edəcək, görünür, bu plan onun əleyhinə işləyib. Tehran minlərlə itki versə də, sülh üçün şərtlərini əvvəlkindən daha maksimalist edib”, – materialda qeyd olunur.

Bildirilir ki, indi İran Hörmüz boğazı üzərində daimi nəzarət, bütün əsas və ikinci dərəcəli sanksiyaların ləğvi, ABŞ qoşunlarının regiondan çıxarılması və münaqişə zamanı dəymiş ziyana görə maliyyə kompensasiyası tələb edir:

“Bəzi məsələlər üzrə potensial kompromisin konturlarını görmək olar. ABŞ İranda müəyyən səviyyədə uranın zənginləşdirilməsinə və ehtiyatların azaldılmasına razılaşa bilər. Bu, fevralda müzakirə olunan razılaşmanın özüdür. Tehran isə sanksiyaların məhdud və ya şərti şəkildə ləğvinə razı ola bilər. ABŞ isə Yaxın Şərqdəki bazalarını saxlayacağını bildirə bilər”.

Lakin materialda vurğulanır ki, Hörmüz boğazı məsələsini həll etmək daha çətindir. Bu boğaz beynəlxalq su yolu hesab olunsa da və nominal olaraq hamı üçün açıq olsa da, İran qlobal enerji resurslarına təsir imkanlarından imtina etmək niyyətində deyil:

“Əgər Tramp bu strateji nöqtə üzərində İranın nəzarətini aradan qaldıra bilməsə (və ya istəməsə), o, bununla barışmalı ola bilər – buna görə də tranzitin idarə olunması üçün İranla birgə müəssisə təklif edib. Gəmiçilik azadlığı kimi yüksək prinsiplər kompromislər prosesində tez unudula bilər, xüsusən də nəzərə alsaq ki, tərəflərin heç biri dəniz idarəçiliyinin əsas prinsiplərini müəyyən edən BMT-nin Dəniz Hüququ Konvensiyasının iştirakçısı deyil”.

Qeyd edək ki, bu gün ABŞ və İran nümayəndələrinin Pakistanda danışıqlara başlayacağıq gözlənilir.

Oxşar xəbərlər

Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb
Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
Tramp: İran yenidənqurma prosesinə başlaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər