Livanda milli matəm elan edildi
sizinxeber.az xəbər saytı

Livanda milli matəm elan edildi


İsrailin Beyrut və digər şəhərləri bombalaması nəticəsində 254 vətəndaşın ölümü ilə əlaqədar 9 apreldə Livanda milli matəm elan edilib.

Far.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nəvaf Salamın verdiyi fərmanda qeyd olunur.

"Baş nazir Salam 9 aprel 2026-cı ildə İsrail hücumlarının qurbanı olan yüzlərlə günahsız və silahsız həmvətənləri üçün milli matəm günü elan edib", - fərmanda deyilir.

Salam dövlət idarələrinin, ictimai təşkilatların və bələdiyyələrin bağlanmasını əmr edib. Dövlət bayraqları hər yerdə yarıya endiriləcək. Hakimiyyət orqanları həmçinin radio və televiziya proqramlarını da tənzimləyəcək.

Oxşar xəbərlər

İranda Xameneinin ölümü ilə bağlı qırx günlük milli matəm elan olundu
Gürcüstanda matəm elan edilib
Qanada üç günlük matəm elan edilib
Gürcüstanda matəm elan edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər