Moskvada erməni MMA döyüşçüsü saxlanılıb
sizinxeber.az xəbər saytı

Moskvada erməni MMA döyüşçüsü saxlanılıb


Moskvada erməni MMA döyüşçüsü Mixail Allahverdyan saxlanılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, onun üzərində odlu silah aşkar edilib.

“Sport Baza” teleqram kanalının məlumatına görə, mayın 5-nə keçən gecə yol polisi əməkdaşları sənədlərini yoxlamaq üçün 007 nömrəli “Cadillac Escalade” markalı avtomobili saxlayıblar. Avtomobili 33 yaşlı Mixail Allahverdyan idarə edib. Polislər sənədləri yoxlayarkən avtomobildə sürücü oturacağının arxasında şübhəli dəri çantanın olduğunu görüblər. Allahverdyan çantada sənədlərin olduğunu bildirib. Lakin çantanı açanda polis əməkdaşı orada silah görüb. Allahverdyan onu küçədə tapdığını və polisə aparmağa hazırlaşdığını iddia edib.

Polis əməkdaşı silaha baxış zamanı tapançanın lüləsinin kəsildiyini və kanalının dəyişdirildiyini görüb. Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib və silah ekspertizaya aparılıb.

Hələlik Allahverdyan sərbəst buraxılıb. Lakin onun barəsində odlu silah gəzdirmək maddəsi ilə cinayət işi açılıb.

Oxşar xəbərlər

Avtomobilində silah-sursat daşıyan sürücü saxlanılıb
Rusiya DİN-nin idarə rəisi Moskvada saxlanılıb
Oğuzda evdə silah gizlədən şəxs saxlanılıb
Bakıda 11 kq narkotik, 9 odlu silah aşkarlanıb
Rusiya DİN-in keçmiş idarə rəisi saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle