Kreml: Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur
“Putin və Trampı birləşdirən odur ki, hər ikisi dialoqdan imtina etməyin absurdluğunu başa düşürlər.”
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu kremlin sözçüsü Dmitri Peskov “Le Point”ə müsahibəsində deyib.
O vurğulayıb ki, Putin ilə Tramp arasında mövqelərinin yaxın olduğu sahələr var, lakin bu, onların hər şeydə yaxın olması demək deyil.
"Onları ən çətin məsələləri müzakirə yolu ilə həll etmək istəyi birləşdirir. Bayden administrasiyasında məhz bu çatışmırdı", - Peskov qeyd edib.
Kreml sözçüsü onu da əlavə edib ki, Zelenskinin istefası Rusiyanın Ukrayna ilə bağlı tələbləri arasında yoxdur: "Lakin onun qeyri-legitimliyinə görə Ukraynanın imzaladığı istənilən sənədə etiraz edilə bilər".
Oxşar xəbərlər
Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Kreml: Putin-Tramp görüşü üçün hazırlıq gedir
Kreml Putinin Tramp-Zelenski mübahisəsinə reaksiyasını şərh edib
Kreml Putinin Trampı təbrik etmək planlarından xəbərsizdir
Kreml: Rusiya və ABŞ arasında işgüzar əlaqələr yaxın günlərdə genişlənəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













