Dağıstanın keçmiş idman naziri istintaq təcridxanasında intihara cəhd edib
Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş meri Maqomed Maqomedov korrupsiya ittihamı ilə saxlandığı “Matrosskaya Tişina” istintaq təcridxanasında intihara cəhd edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova öz Telegram kanalında məlumat verib.
“Maqomed Maqomedov “Matrosskaya Tişina”dan xəstəxanaya yerləşdirilib, ehtimal ki, intihar etmək istəyib”, - deyə hüquq müdafiəçisi yazıb.
Qeyd edək ki, Maqomed Maqomedov 2021-ci ilin mayında Kızılyurta rəhbərlik edib. O, bundan əvvəl Gergebil rayonunun rəhbəri vəzifəsində çalışıb. 2012-2021-ci illərdə Dağıstanın Bədən Tərbiyəsi və İdman Naziri olub. Nazir 2023-cü ilin oktyabrında həbs edilib.
Oxşar xəbərlər
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”
Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib
XI Qlobal Bakı Forumu başa çatıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Belçika ilin sonuna qədər Ukraynaya F-16 təyyarələri və hava hücumundan müdafiə sistemləri verməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












