Ermənistanın müdafiə qabiliyyətinin gücləndirməsinə Avropa Sülh Fondundan 10 milyon avro ayrılması müzakirə olunacaq
Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçiriləcək iclasının gündəliyinə daxil olan məsələlər sırasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması məsələsi də yer alacaq.
Sizinxeber.az-nın “Armenpress”-ə istinadən verdiyi xəbərə görə, Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.
Bununla belə, planlaşdırılan yardım heç bir halda öldürücü silahların alınmasına yönəlməyəcək və Aİ-nin hərbi gücü olmadığı üçün birgə hərbi təlimləri əhatə etməyəcək.
Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək. Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq.
Oxşar xəbərlər
Aİ Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Sülh Fondundan vəsait ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ iyulun 1-dək Rusiya aktivlərindən Ukraynaya vəsait köçürüləcəyinə ümid edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












