Kreml Putinlə Trampın telefon danışığının vaxtını açıqlayıb
sizinxeber.az xəbər saytı

Kreml Putinlə Trampın telefon danışığının vaxtını açıqlayıb


Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-dan 18:00-a kimi baş tutacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər lazım bildikləri qədər danışacaqlar.

Peskov qeyd edib ki, Kreml Putinlə Tramp arasında telefon danışığının yekunları barədə operativ məlumat verəcək.

Kremlin sözçüsü Putinin Trampla telefon danışığından sonra çıxış etməsinin gözlənilmədiyini bildirib.

Peskov Putinin Federal Məclisə müraciət tarixinin hələ müəyyən edilməyidiyini, bunun ABŞ ilə danışıqların nəticələri ilə əlaqəli, xarici vəziyyətlə bağlı olmadığını vurğulayıb.

Oxşar xəbərlər

Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Orban Putinə Trampın mesajlarını çatdırmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putinin sabah Trampla telefonla danışacağını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putinlə Trampın xüsusi nümayəndəsinin görüşünün bəzi təfərrüatlarını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov Putinlə Tramp arasında telefon danışığı iddialarını təkzib edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər