Ukrayna ordusu Sudjada tarix-diyarşünaslıq muzeyinin binasını vurub - VİDEO
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu Sudjada tarix-diyarşünaslıq muzeyinin binasını vurub - VİDEO


Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərində tarix-diyarşünaslıq muzeyinə hücum edib.

APA xəbər verir ki, bunu Kursk qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn “Telegram” kanalında bildirib.

Ukrayna ordusunun atdığı raket 19-cu əsrin sonlarına aid memarlıq abidəsi olan tarix-diyarşünaslıq muzeyinin binasının üzərinə düşüb. İlkin məlumata görə, muzeyin bir əməkdaşı ölüb, ikisi yaralanıb.

"İlkin məlumata görə, Sudjada qalan və bu gün muzeyə onun vəziyyəti ilə tanış olmaq üçün gələn bir işçi həlak olub. Daha iki əməkdaş isə yaralanıb - onlar hazırda tibb müəssisəsinə aparılır", - Xinşteyn bildirib.

Xinşteynin sözlərinə görə, tarixi bina tamamilə yararsız vəziyyətə düşüb.

Oxşar xəbərlər

Ukrayna ordusu Kursk vilayətinin Rılsk şəhərinə raket hücumu edib, azı 10 nəfər yaralanıb - VİDEO
Ukrayna ordusunun Kursk vilayətinin Rılsk şəhərinə raket hücumu nəticəsində 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Kurskda yem zavodu atəşə tutulub, 4 nəfər ölüb
Rusiya MN: Ukraynanın Kursk vilayətində əks hücumu dəf edilib
Kursk qubernatoru Ukrayna PUA-sının AES-ə hücum cəhdini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle