Rusiya XİN: Aİ qəsdən gərginliyin artmasına təkan verir
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Aİ qəsdən gərginliyin artmasına təkan verir


Avropa İttifaqı Ukrayna ətrafında münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq əvəzinə, Kiyevə hərbi və maliyyə yardımını sürətlə artırmaq planlarını bəyan edir və qəsdən gərginliyin artmasına təkan verir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin martın 6-da keçirilən Avropa İttifaqının fövqəladə sammitinin yekunlarına dair bəyanatında bildirilib.

"Brüssel öz qərarlarının real nəticələrinə məhəl qoymadan təhlükəli geosiyasi oyunlar oynamağa davam edir. Aİ münaqişənin həllinin dinc yollarının axtarışına müsbət töhfə vermək əvəzinə, Kiyevə hərbi və maliyyə yardımının artırılmasını sürətləndirmək planlarını bəyan edir və bununla da, qəsdən eskalasiyaya təkan verir və dialoqun perspektivini ləngidir", deyə Rusiya XİN-nim bəyanatında qeyd olunub.

Oxşar xəbərlər

Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Rəsmi Moskva: Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək
Kreml: Avropa İttifaqının hərbiləşdirilməsi Moskvada narahatlıq doğura bilər
Aİ iyulun 1-dək Rusiya aktivlərindən Ukraynaya vəsait köçürüləcəyinə ümid edir
Rusiya XİN: Bəşər Əsəd prezident postunu və Suriyanı tərk edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər