Kreml: Avropa İttifaqının hərbiləşdirilməsi Moskvada narahatlıq doğura bilər
sizinxeber.az xəbər saytı

Kreml: Avropa İttifaqının hərbiləşdirilməsi Moskvada narahatlıq doğura bilər


Avropa İttifaqı özünü Rusiyanın düşməni kimi göstərir, ona görə də onun hərbiləşdirilməsi ilə bağlı müzakirələr Moskvada narahatlıq doğura bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz görürük ki, Avropa İttifaqı hazırda Aİ-nin militarizasiyası, müdafiə seqmentinin inkişafı mövzusunu çox fəal müzakirə edir. Bu bizim diqqətlə izlədiyimiz prosesdir, çünki Avropa İttifaqı Rusiyanı özünün əsas rəqibi kimi mövqeləndirir. Bütün bu hərbiləşdirmə, əsasən, Rusiya Federasiyasına qarşı baş verir. Bu, əlbəttə ki, potensial olaraq bizim üçün dərin narahatlıq doğuran mövzu ola bilər", - Kreml rəsmisi vurğulayıb.

Qeyd esək ki, Aİ rəhbərliyi dünən birliyin iqtisadi mahiyyətini bəyan edən və əvvəllər ön plana çıxarılmayan hərbi komponentini inkişaf etdirmək planlarını açıqlayıb. Avropa Komissiyasının sədri Ursula Von der Leyen Aİ ölkələrinə 800 milyard avro dəyərində yenidən silahlanma planı və hərbi xərclərin 1,5% artırılmasını təklif edib. Təklif kapital bazarlarından borc almağı və Avropa Komissiyasının bu vəsaitləri silah almaq şərti ilə birlik ölkələrinə borc verməsini nəzərdə tutur. Mətbuatda yayılan məlumatlara görə, Avropa Komissiyasının təklifi Aİ sammitində təsdiqlənib.

Oxşar xəbərlər

Kreml Avropanın Ukraynaya qoşun yeritmək planlarından narahatdır
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb
Kreml Qazaxıstanın AZAL-ın təyyarəsi ilə bağlı ilkin hesabatını şərh etməyib
Kreml Minski Tramp-Putin-Zelenski danışıqları üçün ən yaxşı yer adlandırıb
Kreml: Ukraynada münaqişənin dondurulması Rusiya üçün qəbuledilməzdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər