Lavrovun müavini: NATO Rusiya ilə müharibəyə hazırlaşır
sizinxeber.az xəbər saytı

Lavrovun müavini: NATO Rusiya ilə müharibəyə hazırlaşır


“NATO Rusiya ilə müharibəyə hazırlaşır, biz isə hərbi planlaşdırma prosesində bu riskləri nəzərə alırıq. Eyni zamanda Qərbə bu cür təcrübəni sınaqdan keçirməməyi tövsiyə edirik”.

APA xəbər verir ki, bunu "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O əlavə edib ki, vəziyyyəti bu dərəcədə gərginləşdirməmək bütün tərəflərin maraqlarına cavab verə bilər:

“Rusiya mütəmadi olaraq birbaşa toqquşmalardan çəkinməyi nəzərdə tutan siyasi kurs həyata keçirir. Lakin bizə göndərilən siqnallardan aydın olur ki, qarşı tərəf gücümüzü sınamaq niyyətindədir. Okeanın o tayında bizimlə hesablaşırlar. Ümumilikdə deyə bilərəm ki, NATO Rusiya ilə silahlı münaqişəyə hazırlaşır. Bütün bu risklər müdafiə sahəsində görülən tədbirlərin hamısında nəzərə alınır. Hadisələrin istənilən məcrada inkişafından asılı olaraq ölkəmizin təhlükəsizliyi təmin olunacaq”.

Rusiya XİN müavininin sözlərinə görə, Şimali Atlantika Alyansının müəyyən etdiyi kurs tək ölkəsinə deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturasına təhdid doğurur:

“Rusiyanın uzunmüddətli perspektivdə Qərb və onun müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid törətdiyi müəyyənləşdirilib. Bu siyasəti yeritməklə NATO bütün sahələrdə üstünlük qazanmağa çalışır, sərhədlərimiz boyunca hərbi mövcudluğunu genişləndirir və təlimlər keçirir. Alyans həmçinin qoşunların sürətli cəmləşdirilməsini təmin etmək üçün logistik infrastrukturu inkişaf etdirir. Regional müdafiə planları da məhz bu səbəbdən qəbul edilib”.

Oxşar xəbərlər

Lavrov: Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Rusiya xarici kəşfiyyatı: NATO qorxur ki, Rusiyaya qarşı təcavüz Moskvanın qəti cavabı üçün əsas olacaq
Zaxarova: Ukraynanın Rusiyada törətdiyi terror aktlarının arxasında ABŞ, Britaniya və NATO dayanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər