Putin: Elə təəssürat yaranır ki, İsrail Suriyadan çıxmağa yox, həmişəlik orada qalmağa hazırlaşır
Mən İsrailin Qəzza zolağında yekun məqsədinin nə olduğunu bilmirəm.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında türkiyəli jurnalistin İsrailin Yazın Şərqdəki fəaliyyəti ilə bağlı sualına cavabında bildirib.
Onun sözlərinə görə, Rusiya Qəzza zolağındakı fəaliyyətinə görə İsraili qınayıb.
"Biz hər zaman hesab edirik ki, Fələstin məsələsinin həlli iki dövlətin yaradılması probleminin həllindən keçir", deyə Putin qeyd edib.
Rusiya Prezidenti bildirib ki, Suriyadakı hadisələrin əsas benefisiarı İsraildir. "Rusiya İsrailin Suriya ərazisini nəzarətə götürməsini qınayır. Ümid edirik ki, İsrail Suriyadan nə vaxtsa çıxacaq. Lakin İsrail isə Suriyaya əlavə qoşun yeridir. Məndə elə təəssürat yaranır ki, İsrail Suriyadan çıxmağa hazırlaşmır, həmişəlik orda qalmağa hazırlaşır".
Oxşar xəbərlər
Rusiya Prezidenti Vladimir Putin "Oreşnik"i köhnə silah adlandıranlara cavab verib
Putin: Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxarıb
Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir
Rusiya Prezidenti Yaxın Şərq məsələsini Ərdoğanla müzakirə edir
Putin Trampla görüşməyə hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













