Putin: Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxarıb
sizinxeber.az xəbər saytı

Putin: Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxarıb


Rusiya İranın 4 min hərbçisini Suriyadan çıxararaq Tehrana aparıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Putinin sözlərinə görə, hərbçilərin çıxarılması xahişi ilə Rusiyaya İran tərəfi müraciət edib.

“İran hakimiyyətinin xahişi ilə Rusiya 4 min iranlı hərbçini Suriyadan çıxarıb. Hərbçilər Hmeymim bazasından Tehrana aparılıb.

Əgər əvvəl bizim iranlı dostlarımız bölmələrini Suriya ərazinə aparmağımızı xahiş etmişdilərsə, bu dəfə həmin bölmələrin Suriyadan çıxarılmasını xahiş etdilər. Biz İranın 4 min hərbçisini Suriyadakı Hmeymim bazasından Tehrana apardıq”.

Putin onu da əlavə edib ki, iranyönümlü qüvvələrin bir hissəsi Suriyanı döyüşsüz tərk edərək Livan, bir hissəsi isə İraq ərazisinə keçib.

Oxşar xəbərlər

Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb-çıxarmayacağını hələ bilmir
Putin: Rusiya Suriyada məqsədinə nail olub
Putin: Elə təəssürat yaranır ki, İsrail Suriyadan çıxmağa yox, həmişəlik orada qalmağa hazırlaşır
Son üç gündə 4 min iranlı Suriyadan geri qayıdıb
Putin və Pezeşkian Cənubi Qafqazı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər