Putin Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı dəqiq tarixi açıqlamayıb
Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm.
Sizinxeber.az xəbər verir ki, bunu ənənəvi illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Uşaqlarımız döyüşür. Biz onları mütləq şəkildə öz ərazimizdən çıxaracağıq. O ki qaldı dəqiq tarixə, bu barədə heç nə deyə bilmərəm. Belə olmur. Oradakı uşaqlar məni eşidir. Onların çıxarılmasının bir və ya iki gündən sonra baş verəcəyi heç bir əhəmiyyət daşımır. Təkcə onu deyə bilərəm ki, biz bütün infrastrukturu: ictimai iaşə obyektlərini, məktəbləri, bağçaları bərpa edəcəyik. Oradan digər regionlara köçmək istəyənləri də köçürəcəyik. Bu sahədə artıq işlər aparılır. İnsanlar ciddi itkilər verir, xüsusilə də uşaqlarla bağlı ciddi qayğılarla üzləşirlər. Lakin əhalinin xüsusilə də mənzil-məişət tələbləri yerinə yetiriləcək”, - Putin qeyd edib.
Oxşar xəbərlər
Putin: Ukrayna döyüşçülərinin Kursdan çıxarılacağı tarixi deyə bilmərəm
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Kreml Suriyadakı Rusiya hərbçilərinin sayını açıqlamayıb
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Putin: İranla münasibətlər Rusiya üçün prioritet xarakter daşıyır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










