sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi obyektlərinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri, Ukrayna Silahlı Qüvvələrinin ATACMS raketləri ilə Taqanroqa son hücumuna cavab olaraq, Ukraynanın yanacaq-energetika kompleksinin obyektlərinə - hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən obyektlərə kütləvi zərbə endirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bütün hədəflərin vurulmasına nail olunub.
Qeyd edək ki, iki gün əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın Taqanroq şəhərindəki hərbi obyekti ATACAMS raketləri ilə vurub.
Oxşar xəbərlər
Rusiya MN Ukraynaya kütləvi zərbə endirilməsi barədə məlumat yayıb
Rusiya Ukrayna aerodromlarına "Kinjal" raketləri ilə zərbə endirib
Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirib
Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
Rusiya MN: Ukrayna ATACAMS raketəri ilə Taqanroqu vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













