Serj Sarkisyanın qardaşının əmlaklarının müsadirəsi tələb olunur
Ermənistanın Baş Prokurorluğu məhkəmədən ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus əmlakların müsadirəsini tələb edir.
Sizinxeber.az-nın Ermənistan KİV-ə istinadən xəbərinə görə, məhkəməyə bu barədə rəsmi müraciət olunub.
Müsadirə olunmalı olan aktivlərin arasında 14 daşınmaz əmlak, 8 nəqliyyat vasitəsi, 5 şirkətdə iştirak payı və 13 milyon dollar məbləğində vəsait var.
Sözügedən şəxs və oğanları 2018-ci ildən hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onların fəaliyyəti ilə bağlı araşdırma başlanılıb. Aleksandr Sarkisyan 2021-ci ildə barəsində başlanmış cinayət işi üzrə dövlətə 7 milyon dollar vəsait ödəyib.
Qeyd edək ki, o, həmçinin müxtəlif dövlət müəssisələrinin payını qanunsuz olaraq əldə etməkdə və onların gəlirinin 50 fazini mənimsəməkdə təqsirləndirilir.
Oxşar xəbərlər
Serj Sarkisyanın qardaşının əmlakı müsadirə oluna bilər
Ermənistan prokurorluğu Serj Sarkisyanın qardaşının mülklərinin müsadirəsini tələb edir
Serj Sarkisyanın diplomat kürəkəni dövlətə 350 milyon dollar ziyan vurmaqda günahlandırılır
Ermənistanın keçmiş baş prokurorunun əmlakının müsadirəsi tələb olunur
Ermənistan Baş Prokurorluğu Serj Sarkisyan barədəki hökmdən apellyasiya şikayəti verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













