Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq
sizinxeber.az xəbər saytı

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəyə hücum üçüncü dünya müharibəsinin başlaması demək olacaq.

APA xəbər verir ki, o, bunu Milli Birlik Gününə həsr olunmuş “Bir olsaq” vətənpərvərlik forumunda çıxış edərkən deyib.

“Mən rəqiblərimizi və hələ də başa düşməyənləri xəbərdar etmək istəyirəm ki, Belarusa hücum üçüncü dünya müharibəsidir”.

Belarus Prezidenti qeyd edib ki, onun ölkəsi episentrdə, bütün yolların qovşağındadır, respublika Avropanın coğrafi mərkəzidir və Belarus torpaqlarından çoxlu müharibələr keçib.

"Biz hər şeyi edəcəyik ki, torpaqlarımızda daha müharibə olmasın - nə bizim nəsildə, nə də sizin nəsildə. Biz yaşlı nəsil sizə dinc, gözəl, ləyaqətli torpaq təhvil vermək arzusundayıq. Sizə and içirəm ki, qarşılıq vermək və bizim istiqamətimizə keçməzdən əvvəl onları düşünməyə məcbur etmək üçün hər şeyimiz var”, - deyə o bildirib.

Oxşar xəbərlər

Lukaşenko Belarusun istənilən təhlükənin qarşısını almağa tam hazır olduğunu bildirib
Lukaşenko: Belarus HHQ ötən gecə Ukraynanın hava hədəflərini məhv edib
Lukaşenko: Belarus ətrafında vəziyyət heç vaxt belə mürəkkəb olmayıb
Belarus prezidenti: Qərb münaqişələri alovlandırmaqla məşğuldur
İsrailin müdafiə naziri: “2024-cü il “müharibə və qələbə ili” olacaq”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər