sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paşinyan: 44 günlük müharibədən sonra xeyli sayda silah-sursat yoxa çıxıb
Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb.
Sizinxeber.az-nın “News Armenia”ya istinadən məlumatına görə, bunu hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu məsələ dəfələrlə Təhlükəsizlik Şurasının iclasında qaldırılıb.
Paşinyan əlavə edib ki, istifadə olunan üsul müasir çağırışlara cavab vermədiyi üçün ölkənin daxili işlər nazirinə həmin silahların tapılması metodikasını dəyişməklə bağlı göstəriş verib.
Baş prokuror Anna Vardapetyan isə rəhbərlik etdiyi qurumun müvafiq əməliyyat-istintaq tədbirləri gördüyünü açıqlayıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
