Kreml: Putin Bakıya son səfəri zamanı Pavel Durovla görüşməyib
Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına da münasibət bildirib.
Peskov Durovun həbsini indi şərh etməyi düzgün hesab etmir, çünki onun nədə ittiham olunduğu hələ məlum deyil:
"Durovun konkret nədə ittiham olunduğunu hələ bilmirik. Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişik, nəsə deməzdən əvvəl Durovu konkret nə ilə ittiham etməyə çalışdıqlarına dair vəziyyətin aydınlaşdırılmasını gözləməliyik. Bunsuz açıqlama vermək düzgün olmazdı".
"Putin Bakıda olanda Durovla görüşü olubmu?", - sualına o, "xeyr" deyə cavab verib.
Oxşar xəbərlər
Medvedev Durovun Fransada həbsinə münasibət bildirib: Ümumi düşmənlərimiz üçün o rusdur
Rəsmi Moskva Parisdən Durovun hüquqlarının müdafiəsini təmin etməyi tələb edib
Kreml: Kurska edilən hücuma mütləq cavab veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
