Rəsmi Moskva Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq edib
Ukrayna dronlarının Finlandiya və Baltikyanı ölkələr üzərindən uçaraq Rusiyaya zərbələr endirməsi çoxalıb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, bu halda BMT Nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı maddəsi tətbiq oluna bilər:
"Son zamanlar Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya Ukrayna dronlarının zərbələrinin sayında artım müşahidə olunub. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir".
O bildirib ki, ya Qərb Hava Hücumundan Müdafiə sistemləri "olduqca təsirsizdir", ya da yuxarıda adıçəkilən dövlətlər bilərəkdən öz hava məkanlarını dron istifadəsi üçün Ukrayna tərəfinə verir.
"Başqa sözlə, onlar Rusiyaya qarşı təcavüzün açıq iştirakçılarıdır. Sonuncu halda, beynəlxalq hüquqa görə, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququ ilə bağlı BMT Nizamnaməsinin 51-ci maddəsi qüvvəyə minir", - Şoyqu qeyd edib.
Oxşar xəbərlər
Moskva yenidən kütləvi dron hücumuna məruz qalıb: 44 PUA vurulub
Moskva meri: "8 Ukrayna PUA-sı vurulub"
Moskva istiqamətində uçan 9 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva istiqamətində uçan 6 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
