Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Krım körpüsündə planlaşdırılan partlayışın qarşısı alınıb



Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Krım körpüsündə Ukrayna xüsusi xidmətinin hazırladığı partlayışın qarşısını alıblar.

Sizinxeber.az Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, güclü partlayıcı qurğu Chevrolet Volt avtomobilinin içərisində gizlədilibmiş. Maşın Ukraynadan Rusiyaya tranzit yolu ilə gətirilib. Avtomobil Rusiya-Gürcüstan sərhədini “Yuxarı Lars” buraxılış məntəqəsindən keçib və Krasnodar bölgəsinə qədər avtodaşıyıcı ilə daşınmalı idi.

Kuban vilayətində maşın Krıma aparılmaq üçün sürücüyə təhvil veriləcəkdi. Ukrayna xüsusi xidmətləri bu maşını “intiharçı-terrorçu” kimi istifadə etməyi planlaşdırırdı.

Hazırda partlayıcı qurğu zərərsizləşdirilib. Partlayıcı yüklü maşını Rusiyaya gətirən şəxslər saxlanılıb.

Oxşar xəbərlər

Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb
Rusiya MN-in yüksək rütbəli əməkdaşlarına qarşı silsilə sui-qəsdin qarşısı alınıb
Ukrayna Krım körpüsünü partladıb - VİDEO
İnquşetiyada seriya terror aktlarının qarşısı alınıb
Ermənistandan 850-yə yaxın maşın Rusiya-Gürcüstan sərhədində qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər