Ukrayna Krım körpüsünü partladıb - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
15:50
0
0
1 301
ff aaaaaaa

Ukrayna Krım körpüsünü partladıb - VİDEO

03 in, 2025
15:50
1 301

Ukrayna Krım körpüsünü partladıb - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti Krım körpüsünü partladıb.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Körpü qəzalı vəziyyətə düşüb.

Əməliyyatın bir neçə ay davam etdiyi bildirilir. Ukrayna Təhlükəsizlik Xidmətinin agentlərinin “Rusiya Federasiyasının qanunsuz olaraq inşa etdiyi körpünün dayaqlarını minaladıqları” qeyd olunub.

Nəticədə, 3 iyun tarixində hər hansı mülki itki olmadan, səhər saat 4:44-də ilk partlayıcı qurğu işə salınıb.

“Xüsusən düşmənin qoşunlarını təmin etmək üçün logistik arteriya kimi istifadə etdiyini nəzərə alsaq, Krım körpüsü tamamilə qanuni hədəfdir, Krım Ukraynadır və işğalın istənilən təzahürü bizim sərt cavabımızı alacaq”, - Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Malyuk qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul