Kirill Dmitriyev: Trampla Putinin görüşü bütün dünya üçün önəmlidir
sizinxeber.az xəbər saytı

Kirill Dmitriyev: Trampla Putinin görüşü bütün dünya üçün önəmlidir


"Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın Alyaskada görüşü bütün dünya üçün önəmlidir. Rusiya konstruktiv dialoqa ümid edir və öz mövqeyini birbaşa Amerika tərəfinə çatdırmaq üçün fürsət görür".

Sizinxeber.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev “ Rossiya-1” telekanalında bildirib .

"Dialoqun davam etməsi vacibdir və biz çox konstruktiv dialoqa ümid edirik. Rusiya haqqında çoxlu dezinformasiya var və təbii ki, Rusiyanın mövqeyini Amerika tərəfinə birbaşa, aydın şəkildə çatdırmaq üçün mühüm imkan var", - o deyib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə sabah saat 23:30-da Alyaskada ABŞ və Rusiya Prezidentləri arasında görüş olacaq. Putin-Tramp sammitinin mərkəzi mövzusu Ukrayna böhranının həlli olacaq.

Oxşar xəbərlər

Kreml Dmitriyevin ABŞ-dakı danışıqlarının təfərrüatlarını açıqlamaqdan imtina edib
Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub
Kreml: Putin Trampın nümayəndəsi Uitkoffla görüşəcək
Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ABŞ nümayəndə heyəti ilə görüşü davam etdirəcəyik
Putin və Trampın xüsusi nümayəndələri Peterburqda görüşüblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər