Köçəryan və Ohanyandan mənimsədikləri 670 milyon dram kompensasiyanın geri qaytarılması tələb edilib
sizinxeber.az xəbər saytı

Köçəryan və Ohanyandan mənimsədikləri 670 milyon dram kompensasiyanın geri qaytarılması tələb edilib


Ermənistan Baş Prokurorluğu ölkənin ikinci prezidenti Robert Köçəryan və bir sıra sabiq yüksək vəzifəli şəxslərə qarşı iddia qaldırıb.

Sizinxeber.az-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, iddiaya əsasən, 2008-ci il prezident seçkilərindən sonra 1 mart hadisələri zamanı zorakılıq qurbanlarına və onların ailələrinə ayrılmış 670 milyon dram məbləğində kompensasiyanın dövlətə geri qaytarılması tələb olunur.

Baş Prokurorluq 11 avqust 2025-ci ildə Antikorrupsiya Məhkəməsinə dövlət maraqlarının müdafiəsi tələbi ilə müraciət edib. İddiada Köçəryanla yanaşı, həmin dövrdə Təhlükəsizlik Şurasının katibi olmuş Armen Gevorqyan, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyran Ohanyan və müdafiə nazirinin müavini Yuri Xaçaturovun da adı yer alır.

Prokurorluq məbləğin hər birindən bərabər şəkildə ödənilməsini tələb edir.

Məhkəmə hələlik işi icraata qəbul etməyib.

Oxşar xəbərlər

Ermənistan Baş Prokurorluğu Robert Köçəryan və digər sabiq rəsmilərdən 670 milyon dramın geri qaytarılmasını tələb edir
Ermənistanda Köçəryana qarşı məhkəmə iddiası qaldırılıb
Ermənistanda keçmiş yüksək vəzifəli hərbçilərin əmlakının müsadirəsi tələb olunur
Ermənistanda prokurorluq keçmiş baş qərargah rəisindən 11 milyon dollar ödəməyi tələb edir
Ermənistan Baş Prokurorluğu Robert Köçəryana qarşı yeni ittihamlar irəli sürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər