ŞOK İDDİA: Elvis Preslinin hərraca çıxarılan bəzi əşyaları orijinal deyil
Əfsanəvi müğənni Elvis Preslinin əşyalarının satışını həyata keçirən "Graceland", rəhbərləri tərəfindən saxtakarlıqda ittiham edilir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin bəzi əşyalarının orijinal olmadığı iddia edilib.
Bu barədə Elvis Presli Enterpriseın rəhbərlərindən biri Coel Vaynşanker "NBC News"ə müsahibəsində bildirib.
O Preslinin 1972-ci ildə geyindiyi iddia edilən pencəyin satışa çıxardıldığı zaman bunu anlayıb. Lakin həmin geyim hələ də hərrac evinin kolleksiyasında yer alır.
"Bu pencəyin yalnız bir dəfə istehsal olunduğunu bilirik. Arxivlərimizdə var" - deyə Vaynşanker qeyd edib.
"NBC News" telekanalının müxbirləri Elvisin Memfisdəki malikanəsinə ziyarət edərək onun pencəyinin qəbzini görüblər.
"Graceland" rəhbərləri, Prisilla tərəfindən yazılan və orijinal olduqlarını ifadə edən məktublarla birlikdə Preslinin digər əşyalarından da narahat olduqlarını söyləyiblər.
Oxşar xəbərlər
Xuraman Şuşalı bu səbəbdən 8 il depressiyada olub - VİDEO
ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir
“Xarici agentlər haqqında” qanuna görə bu gün Gürcüstan Konstitusiya Məhkəməsində növbəti iddia qaldırılacaq
Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı - İlk məlumatlar var
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













