ABŞ Çinin 7 vətəndaşını kibercinayətlərdə ittiham edir
ABŞ Çinin yeddi vətəndaşını kibercinayətkarlıqda ittiham edib, həmçinin bir hüquqi şəxsi də sanksiyalar siyahısına əlavə edib.
"Report"un xəbərinə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddə qeyd edilir ki, ABŞ sanksiya siyahısına APT31 haker qrupu ilə əlaqəsi olduğu iddia edilən elmi-texnoloji şirkət “Wuhan Xiaozhuizhi”, həmçinin Çin vətəndaşları Çjao Quansun və Ni Qaobini əlavə edib. Amerika tərəfinin iddiasına görə, sanksiyalar ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən “zərərli kiber fəaliyyətdə” iştiraka görə tətbiq olunub.
Amerika rəsmilərinin sözlərinə görə, APT31 “Çin hökuməti ilə əlaqəlidir” və onun fəaliyyətinin ABŞ rəsmilərinə, siyasətçilərinə, müdafiə və iqtisadi sənayedə fəaliyyət göstərən şirkətlərə, habelə xarici fəallara, elm adamlarına və siyasətçilərə qarşı yönəldiyi iddia edilir.
ABŞ rəsmiləri bu şəxsləri, eləcə də Çinin digər beş vətəndaşını kibercinayətlər törətməkdə sui-qəsddə ittiham edib. Bundan əlavə, Amerika səlahiyyətliləri APT31 və onunla əlaqəli olduğu iddia olunan şəxslər haqqında məlumat verənə 10 milyon dollar mükafat vəd ediblər. ABŞ-nin Maliyyə Nazirliyi qeyd edib ki, tədbirlər Böyük Britaniya hakimiyyəti ilə razılaşdırılaraq həyata keçirilib.
Oxşar xəbərlər
London kiberhücumlara görə Çin vətəndaşlarına sanksiyalar tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
WSJ: ABŞ Çinin amerikalılar haqqında verilən toplamaq üçün süni intellektdən istifadə etməsindən çəkinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çinin "casus şarının" ABŞ internetdən istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












