Göyçayda mağazada pirotexniki vasitələr satan şəxs müəyyəb edilib
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması məqsədilə növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən mağazada pirotexniki vasitələrin satıldığı müəyyəb edilib.
Obyektə baxış keçirilərkən 4601 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.
BAKU.WSOxşar xəbərlər
Goranboyda pirotexniki vasitə satan şəxslər ƏLƏ KEÇİB
Tərtərdə pirotexniki vasitələr satan şəxslər müəyyən edilib
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
Pirotexniki vasitə satan şəxs cərimələnib
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













