Makron Durovun həbsindən öncə ondan bunu istəyib - RƏDD CAVABI ALIB
sizinxeber.az xəbər saytı

Makron Durovun həbsindən öncə ondan bunu istəyib - RƏDD CAVABI ALIB




2018-ci ildə Fransa prezidenti Emmanuel Makron "Telegram"ın qurucusu Pavel Durova messencerin baş ofisini Parisə köçürməyi təklif etsə də, rədd cavabı alıb.

Bu barədə "The Wall Street Journal" yazıb.

Nəşrin yazdığına görə, bu təklif əvvəllər məlumat verilməyən nahar zamanı edilib və Durov mənfi cavab verib. Qəzetin həmsöhbətlərindən birinin sözlərinə görə, Makron hətta "Telegram"ın yaradıcıs ilə Fransa vətəndaşlığının verilməsi məsələsini də müzakirə edib.

2017-ci ildə Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə həyata keçirdikləri əməliyyatda "Bənövşəyi Musiqi" kod adlı əməliyyatda onun "iPhone" telefonundakı məlumatlara giriş əldə edib. Fransa təhlükəsizlik xidmətləri İŞİD üzvlərinin yaraqlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün "Telegram"dan istifadə etməsindən son dərəcə narahat olub.

Durovun hədəfə alınmasının səbəbi onun tətbiqi demokratiya etirazçıları və dissidentlərdən tutmuş islamçılara, narkotik alverçilərinə və kibercinayətkarlara qədər müxtəlif qrupların diqqətini cəlb edib. "Telegram" illər boyu şirkətin nadir hallarda yoxlanılan e-poçt ünvanında yığılan hüquq-mühafizə orqanları tərəfindən göndərilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymayıb.

Sizinxeber.az

Oxşar xəbərlər

KİV: Makron aktiv “Telegram” istifadəçisidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron "Telegram"ın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa məhkəməsi Pavel Durovun həbs müddətini uzadıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər