Metyu Perrinin ölümü, Hollivudun narkotik şəbəkəsini necə ortaya çıxardı? - FOTO
sizinxeber.az xəbər saytı

Metyu Perrinin ölümü, Hollivudun narkotik şəbəkəsini necə ortaya çıxardı? - FOTO




Məşhur aktyor Metyu Perrinin evinin vanna otağında ölü tapılmazdan əvvəl "Mənə böyük doza vur" dediyi məlum olub. 

Sizinxeber.az BBC-yə istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən dəlillər bunun böyük dozada ketamin olduğunu ortaya çıxardı.

Bu, Perrinin gün ərzində üçüncü dozası olub. Ketamin depressiya və narahatlıq üçün reseptsiz istifadəsi ilə məşhurlaşan və asılılıq yaradan anestezik və halüsinogen maddədir.

Ölümcül dozanın qəbulundan bir neçə saat sonra, 28 oktyabr 2023-cü ildə "Friends" aktyoru vanna otağında üzü üstə tapıldı.

Həkimlər və mütəxəssislər ketaminin son illərdə populyarlaşmasında klinikalarının və dərmanların asanlıqla reseptlə əldə edilməsini təmin edən onlayn xidmətlərin, eləcə də inkişaf edən qanunsuz narkotik bazarının rol oynadığını söyləyirlər.

Amerika Həkimləri Assosiasiyasının sədri Dr. Devid Mahcoubi BBC-yə açıqlamasında ketaminin əldə edilməsinin asanlığına diqqət çəkib:

"Bunu qanunsuz və ya reseptli şəkildə əldə etmək çox asandır. Məşhurlar var ki, məndən resept alır. Bu heç də çətin deyil. Federal rəsmilər Perrinin ölümü ilə bağlı araşdırmalar Los-Ancelesdə ketaminin böyük miqdarda tədarükü ilə məşğul olan narkomanlar şəbəkəsini olduğunu ortaya çıxardı. Məhkəmə sənədləri Perrinin son aylarına diqqət yetirdi. Onun bir ketamin klinikasında müalicəsindən sonra dərmanın ona verdiyi yan təsirlər aslılıq yaratdığı bəlli olub. 

Sizinxeber.az

Oxşar xəbərlər

"Yalı Çapkını" serialına yeni aktyor daxil olur - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məşhur tennisçi Parisdəki "Olimpia evi"ndən şikayət etdi: "10 qız üçün iki vanna var" - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müsadirə edilmiş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə vəzifəli şəxs xidməti otağında ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uzaq bir planetdə həyatın olduğuna dair sübutlar tapıldı - İlk məlumatlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər