Gürcüstandan Rusiya kəşfiyyatının ABŞ-nin planları ilə bağlı açıqlamasına REAKSİYA
"Hətta Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatı olmasa belə, ABŞ-nin ölkədə inqilab yaratmağa çalışdığı aydın görünür".
Bunu hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi şəhərinin meri Kaxa Kaladze deyib.
Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti bildirmişdi ki, Ağ Ev oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdır.
"Amerikalılar Gürcüstanda rəngli inqilab hazırlayırlar", - Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd etmişdi.
"Tbilisi Maydanı"nda səsvermə zamanı saxtakarlığa dair sübutları ictimaiyyətə açıqlamaq, seçkinin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır", - açıqlamada qeyd edilirdi. Rusiya Xarici Kəşfiyyat Xidməti onu da vurğulayıb ki, amerikalılar "Gürcü arzusu"nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün seçkiqabağı həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri kütləvi şəkildə artırmaq niyyətindədirlər.//Oxu.az
Oxşar xəbərlər
ABŞ Gürcüstanda “rəngli inqilab” hazırlayır
Rusiya kəşfiyyatı: ABŞ Gürcüstanda "rəngli inqilab" hazırlayır
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanda parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək
ABŞ Senatının rəsmisi: “Gürcü arzusu” Avropaya inteqrasiyadan uzaqlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













