Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib
sizinxeber.az xəbər saytı

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Prezident İlham Əliyevi təbrik edib


Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, onun təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə bundan sonra da aktiv və səmərəli fəaliyyət, möhkəm cansağlığı, səadət, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, əzizlərinizin və yaxınlarınızın sevgisini arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Rusiyanın və Azərbaycanın xüsusi xidmətləri arasında ölkələrimizin təhlükəsizliyinə təhdidlərə qarşı layiqli və etibarlı təminatın yaradılmasına, regionda sülhün və sabitliyin qorunmasına istiqamətlənən kəşfiyyat xətti üzrə qarşılıqlı fəaliyyətə göstərdiyiniz daimi diqqət və dəstəyə görə minnətdarlığımı bildirirəm".

Oxşar xəbərlər

Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
Mixail Mişustin Azərbaycan Prezidentini təbrik edib
Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
Rusiyanın bir sıra regionlarının rəhbərləri Azərbaycan Prezidentini təbrik ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər