Bayden səhnədə ağlayaraq qızını qucaqladı
sizinxeber.az xəbər saytı

Bayden səhnədə ağlayaraq qızını qucaqladı




Vəzifəsini Harrisə təhvil verən Bayden səhnədə ağlayaraq qızını qucaqlayıb.

BAKU.WS xəbər verir ki, Demokratlar Partiyası daxilində Bayden dövrünün bitdiyini və Harris dövrünün başladığını elan etmək üçün bu gün keçirilən Demokrat Partiyasının Konqresində zala addımlayan kimi ABŞ prezidenti Baydenin gözləri yaşla dolub və qızını qucaqlayıb.

İki ay əvvəl Demokratlar partiyasında prezidentliyə namizədi olan Co Bayden indi Kamala Harrisin “tacqoyması” ilə başa çatacaq konqresin spikerlərindən biridir.

Eks-prezident gecənin son nitqini söyləməzdən əvvəl səhnəyə çıxarkən göz yaşlarını saxlaya bilməyib, qızı Aşli Baydeni uzun müddət qucaqlayıb.

Salondakı partiya üzvləri “Təşəkkür edirəm Co” şüarları səsləndirərkən Bayden “Amerika, səni sevirəm” deyərək cavab verib.

Çoxları bu anın Baydenin 50 illik siyasi karyerasında əsas səhnə çıxışlarından biri olduğunu düşünür.


BAKU.WS

Oxşar xəbərlər

Bayden prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: Bayden vaxtından əvvəl istefa verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"NY Post": Demokratlar Baydeni vəzifəsindən uzaqlaşdırmaqla hədələyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Demokratlar partiyasının qurultayında ağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər