Olimpiya çempionu Parisin təşkilatçılığından narazı olduğu üçün parkda yatıb
sizinxeber.az xəbər saytı

Olimpiya çempionu Parisin təşkilatçılığından narazı olduğu üçün parkda yatıb




2024-cü il Paris Olimpiyadasında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Çekon Olimpiya şəhərciyində pis şəraitə görə parkda yatıb.

Sizinxeber.az xəbər verir ki, Cekon kondisionerin olmamasından, istidən və pis yeməkdən şikayətlənib.

Digər idmançıların da oxşar şikayətləri hadisəni daha da böyüdüb. Bəzi idmançılar şəhərciyi tərk ediblər. Bu vəziyyət idmançının performansında rahatlıq və uyğun istirahət şəraitinin vacibliyini yenidən gündəmə gətirib.

Çekon əvvəlki açıqlamasında "Kənddə kondisioner yoxdur, hava çox isti və yeməklər dəhşətlidir" deyərək vəziyyəti tənqid etmişdi. İdmançı bu pis şəraitin onun çıxışına mənfi təsir etdiyini də bildirib.

Digər idmançıların oxşar şikayətləri ilə birləşən hadisə böyük əks-səda doğurub. Olimpiya Komitəsi ekoloji cəhətdən təmiz olduğunu iddia etdiyi karton çarpayılar və kondisionerin olmaması kimi təcrübələrinə görə tənqid hədəfinə çevrilib.

Sizinxeber.az

Oxşar xəbərlər

İtaliyalı üzgüçü Paris-2024 barədə: “Kondisioner yoxdur, istidir, yeməklər pisdir”
Olimpiada iştirakçıları Parisdəki yaşayış şəraitindən narazıdır
Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
Üçqat olimpiya çempionu Parisdəki Olimpiya kəndindəki şəraitdən narazıdır
Dünya rekordçusu Olimpiya kəndində yaşamaqdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər