Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq
sizinxeber.az xəbər saytı

Parisdə yerləşən Olimpiya şəhərciyində kondisioner quraşdırılacaq




2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının iştirakçılarının sərinlənməsi üçün kondisionerlə təmin olunacaqlar.

Sizinxeber.az xəbər verir ki, yarışlar zamanı 10 mindən çox idmançının yaşayacağı Olimpiya kəndinə minlərlə kondisioner gətirilir.

Əvvəllər 2024-cü il Olimpiadasının təşkilatçıları atmosferə karbon qazı tullantılarını azaltmaq üçün idmançıların otaqlarında kondisioner quraşdırılmasından tamamilə imtina edərək, tarixin ən “ekoloji cəhətdən təmiz” oyunlarını keçirmək istəklərini açıqlamışdılar. Ancaq bir sıra iştirakçı ölkələrin milli olimpiya komitələri tərəfindən qəti şəkildə etiraz edildi.

Bəziləri isə binalarda optimal temperatur yaradılmasa, Olimpiya şəhərciyini tərk edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

 

Sizinxeber.az

Oxşar xəbərlər

BOK 2034-cü il Qış Olimpiya Oyunlarının keçiriləcəyi şəhərin adını açıqlayıb
Azərbaycanlı funksioner Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsində fəaliyyət göstərəcək
2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO
Braziliya millisi Argentinaya uduzaraq Paris Olimpiadasına vəsiqə qazana bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər