Dünyanın ən böyük aysberqi 30 il sonra hərəkət etdi
Antarktida yaxınlığında yerləşən dünyanın ən böyük "A23a" aysberqi nəhəng bir burulğanda ilişib və aylardır fırlanır.
Sizinxeber.az xəbər verir ki, mütəxəssislər aysberqin fırlandıqca onun ərimə müddəti yavaşlayacağını bildiriblər.
1986-cı ildə Antarktika sahil zolağından qoparaq Ueddell dənizində quruya çırpılan "A23a" 30 il sonra ilk dəfə aktivləşib.
Mütəxəssislər bildirirlər ki, adətən okeanın güclü axınının aparması lazım olan aysberq aylardır Antarktidanın şimalındakı bir nöqtədə saat əqrəbinin əksinə fırlanır.
Mütəxəssislər "A23a"nın bu burulğandan çıxa bilməyəcəyini qeyd edir.
Xatırladaq ki, dünyanın ən böyük aysberqi kimi tanınan "A23a", təxminən 4 min kvadrat kilometr sahəyə və 400 metr qalınlığa malikdir.
Oxşar xəbərlər
40 yaşdan sonra bunları etmək təhlükəlidir
"WhatsApp"da yeni funksiya
Beren Saat qayınanası ilə Bodrumda - FOTO
Venesuela lideri dünyanın ən güclü seçki sisteminə sahib olduqlarını bildirib
“WhatsApp”a yeni maraqlı funksiya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













