Ermənistanın dövlət borcu şok edici həddə çatıb
sizinxeber.az xəbər saytı

Ermənistanın dövlət borcu şok edici həddə çatıb




12 milyard dollar məbləğində olan dövlət borcu Ermənistan üçün son dərəcə təhlükəlidir.

Bu barədə Ermənistanın Audit Palatasının sədri Nairi Sarkisyan bildirib.

Onun sözlərinə görə, əhalisinin yarıdan çoxu yoxsulluq içində yaşayan Ermənistanda dövlət xərclərinin 13%-i borcların xidmətinə yönəldilir.

O, bu böyük məbləğin iqtisadi və sosial problemlərin həllinə yönəldilə biləcəyini vurğulayıb.

Ətraflı
Ad - 00:24
Sarkisyan qeyd edib ki, əsas problem borc hesabına cəlb edilən vəsaitlərin yalnız borcu ödəyəcək və əlavə gəlir yaradacaq sahələrə yatırılmamasıdır. "Bu templə davam etsə, Ermənistan borcu dövlət əmlakını təhvil verməklə ödəməyə məcbur olacaq," - deyə o bildirib.

Audit Palatasının sədri həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına qoşulmasına çağıranlar ölkənin maraqlarına qarşı çıxırlar, çünki Ermənistanın iqtisadiyyatı orada rəqabətədavamlı deyil. "Avropa İttifaqında Ermənistanı gözləyirlərmi? Xeyr," - deyə o yekunlaşdırıb.//trend

Sizinxeber.az

Oxşar xəbərlər

Ermənistanın dövlət borcu 12 mlrd. dolları keçib
Almaniyanın daxili dövlət borcu ötən il rekord həddə çatıb
Vladimir Putin: ABŞ-nin dünya iqtisadiyyatına 54 trilyon dollardan çox borcu var
"Fitch": Azərbaycanın dövlət borcu ÜDM-nin 22,7 %-nə qədər artacaq
Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər