Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək
sizinxeber.az xəbər saytı

Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcək


“Aİ Ermənistana yaxın olmağa söz verib və bu gün bu vədi yerinə yetirir”.

Erməni mətbuatının məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə qısamüddətli görüşdən sonra mətbuata bəyanatı zamanı bəyan edib.

O, bildirib ki, İrəvanla tərəfdaşlıq “Ermənistan Dayanıqlığı Proqramı” vasitəsilə həyata keçiriləcək.

“Avropa İttifaqı növbəti dörd il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant dəstəyi verəcək. Keçən oktyabrda biz Ermənistanla çiyin-çiyinə duracağımıza, əməkdaşlığımıza baxış hazırlayacağımıza söz vermişdik, bu gün məhz bunu müzakirə edəcəyik”, - deyə o vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken də Ermənistana 65 milyon dollardan çox vəsait verəcəklərini bildirib. Qeyd edək ki, bu, iki il əvvəlkindən 50% çoxdur.

Xatırladaq ki, bu gün Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Oxşar xəbərlər

ABŞ Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın bir il ərzində Ermənistana göndərdiyi yardımın məbləği 29 milyon avronu ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ursula Fon der Lyayenə Brüssel görüşü ilə bağlı Azərbaycan tərəfinin mövqeyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Brüsseldə Blinken və Ursula fon der Lyayenlə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər