Mahsun Kırmızıgül pulsuz konsert verəcək - FOTO
Məşhur müğənni Mahsun Kırmızıgül xalqa pulsuz konsert verəcək.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi 18 il sonra pulsuz xalq konserti verəcək.
"18 ildən sonra ilk dəfə İzmirdə xalq konserti verəcəyəm. Bu dəfə pulsuz ictimai konsert verəcəyik. Uzun illər sonra ilk dəfə olaraq xalqla bir yerdə olacağıq. Bundan sonra da imkan tapdıqca xalq konsertlərində çıxış edəcəyəm" - deyə, Kırmızıgü bildirib.

İfaçı ard-arda konsertlər verdiyi üçün film çəkilişlərini azaltdığını qeyd edib:
"Cümə günü Bodrumda, şənbə günü isə Çeşmədə səhnəm var. Bunu bir şəkildə idarə edəcəyəm. Təəssüf ki, çalışmadan müvəffəqiyyət əldə etmək mümkün deyil. Serial üçün də səhnələri azaltdıq. Bir az da seriallara yönəldim. İnsanlar hər gün səhnəyə çıxmağımı istəyirlər, mən də 7 gün səhnəyə çıxıram, indi bir az seriallara yönəlmişik. Serialımızı yayın bu vaxtında çəkmək istəyirdik".

Oxşar xəbərlər
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - Video
Olipmiyadada idmançılar qarət olundu
Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO
“Cashback” haqqında yanlış düşüncələr – İqtisadçı yazır
Bu şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













