Bu şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar - VİDEO
Şəhid ailələrinin üzvləri özəl universitetlərdə pulsuz təhsil alacaqlar.
Bu, "Təhsil haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
İndiyədək yalnız dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqda şəhid ailəsi üzvlərinin təhsil xərcləri dövlət hesabına ödənilirdi. Bundan sonra özəl peşə, orta ixtisas və ali təhsil müəssisələrində də onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Elm və Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, yeni tədris ilindən etibarən “Təhsil haqqında” qanuna əsasən dövlət və özəl ali təhsil müəssisələrində bakalavriat və magistratura, bununla yanaşı, rezidentura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alacaq şəhid övladlarının təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Müharibə ilə bağlı əlilliyi olanların və müharibə veteranlarının da təhsil xərclərini dövlət ödəyəcək. Həmçinin dövlət təhsil müəssisələrinə aid olunan imtiyazlar bütün özəl peşə, orta ixtisas və ali təhsil müəssisələrinə də şamil ediləcək.
Oxşar xəbərlər
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Onların təhsil haqqını dövlət ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tələbələrin köçürülməsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












