İsrail ordusu Qəzzada radikalların komandirini zərərsizləşdirib
İsrail ordusu Qəzza şəhərində “Mücahid Briqadaları” (Kətaib əl-Mücahid) radikal qruplaşmasının komandirini öldürüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin Qəzza şəhərində keçirdiyi birgə əməliyyat zamanı son illərdə Qəzza zolağında “Mücahid briqadaları” terror təşkilatına rəhbərlik etmiş terrorçu Əsəd Əbu Şaraya məhv edilib. Digər hücumda bu qruplaşmadan yaraqlı Mahmud Hamed zərərsizləşdirilib”, - deyə o bildirib.
Qeyd olunub ki, “Mücahid Briqadaları”ndan olan radikallar 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib, insanları oğurlayıb və girov tutublar.
Oxşar xəbərlər
İsrail ordusu “HƏMAS”ın səhra komandirini məhv edib
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
İsrail ordusu Qəzzada daha bir qruplaşma liderini zərərsizləşdirib
İsrail ordusu “Hizbullah”ın raket qüvvələrinin səhra komandirini öldürüb
İsrail ordusu “İslami Cihad”ın səhra komandirini məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













