sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İsrail ordusu “HƏMAS”ın səhra komandirini məhv edib
İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərində humanitar zonada Fələstinin HƏMAS radikal hərəkatının səhra komandirini hava zərbəsi ilə öldürüb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Terrorçu Xan-Yunisdəki humanitar zonadakı sığınacaqdan əməliyyatlara rəhbərlik edirmiş.
Qeyd olunub ki, zərərsizləşdirilən Abd əl-Hadi Sabah, 7 oktyabr 2023-cü ildə Qəzza zolağından İsrailə hücum edən silahlı yaraqlılara rəhbərlik edən yüksək rütbəli radikallardan biri olub.
İsrail ordusu bildirib ki, 7 oktyabr hücumunda iştirak edən bütün terrorçulara qarşı fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
İsrail ordusu “Hizbullah”ın raket qüvvələrinin səhra komandirini öldürüb
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirib
İsrail ordusu “İslami Cihad”ın səhra komandirini məhv edib
İsrail Livanın cənubunda “Hizbullah”ın səhra komandirini öldürüb
İsrail ordusu HƏMAS-ın hava bölməsinin komandir müavinini öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













