Ukraynanın Xarkov şəhərində bir saat yarım ərzində azı 40 partlayış baş verib
Ukraynanın Xarkov şəhəri hazırda genişmiqyaslı müharibənin bütün dövründə ən güclü hücumu yaşayır.
"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, şəhər dronlar tərəfindən kütləvi hücuma məruz qalır.
"Şəhərin mərkəzindəki yaşayış binasında 6-cı mərtəbədən 9-cu mərtəbəyə kimi mənzillər yanır. İlkin məlumata görə, mənzillərdə dağıntılar altında insanlar var. Xarkovda havadan kütləvi birləşmiş hücum bir saatdan çox davam edib. Onlarla partlayış olub. Nəticələrlə bağlı məlumat dəqiqləşdirilir", - mer bildirib.
Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində altı nəfərin xəsarət aldığını bildirib. Onlardan biri körpədir.
Oxşar xəbərlər
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
Rusiya Xarkovu bombalayıb, 11 nəfər yaralanıb
Moskvada yaşayış binasında partlayış baş verib, yaralılar var
Moskvada yaşayış binasında baş vermiş partlayış nəticəsində azı iki nəfər ölüb – YENİLƏNİB
Gəncədə yaşayış binasında partlayış olub, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












