"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib
sizinxeber.az xəbər saytı

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Sizinxeber.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Professional Financial Experts" MMC-dir.

Qalib şirkətə 7,1 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Hesabat" MMC olub. Şirkətə 3,1 min manat ödənilib.

Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Oxşar xəbərlər

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" auditor seçir
AYNA auditor seçib
Azərbaycan Metrologiya İnstitutu auditor seçib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu auditor seçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər