Merts "Şimal axınları"nın işə salınmasına yol verməyəcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Merts "Şimal axınları"nın işə salınmasına yol verməyəcəyini açıqlayıb


Almaniya "Şimal axını 1" qaz kəmərinin işinin bərpasına və "Şimal axını 2"nin işə başlamasına icazə verməyəcək.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts söyləyib.

"Biz "Şimal axını 2"nin işə salınmaması üçün əlimizdən gələni edəcəyik", – o bildirib.

Qeyd edək ki, "Şimal axını 2"nin çəkilişinə 2018-ci ildə başlanılıb. Almaniya iqtidarı qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb, ABŞ isə “Nord Stream 2 AG” layihə şirkətini sanksiya siyahısına daxil edib.

Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Baltik dənizinin dibindən keçən "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin dörd borusundan üçünə ziyan vurmuş partlayışlar baş vermişdi. Qaz sızması nəticəsində onlar istismar üçün yararsız hala düşmüşdü.

Oxşar xəbərlər

WSJ: Aİ, Rusiya Ukrayna ilə atəşkəsi rədd edərsə, “Şimal axını-2”ni bloklaya bilər
“Şimal axını”nın partladılması əməliyyatı 300 min dollara başa gəlib
Ursula fon der Leyen Fridrix Mertzlə “Şimal axını-2” layihəsinin bloklanması imkanını müzakirə edib
Almaniya "Şimal axını"nda partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib
Türkiyə qəzeti “Şimal axını”nı partladan ölkələrin adını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle