Türkiyə qəzeti “Şimal axını”nı partladan ölkələrin adını açıqlayıb
sizinxeber.az xəbər saytı

Türkiyə qəzeti “Şimal axını”nı partladan ölkələrin adını açıqlayıb


“Şimal axını” və “Şimal axını 2”də partlayışlar ABŞ, Ukrayna, Polşa və Almaniyanın əməkdaşlığı ilə həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.

Məqalədə vurğulanıb ki, bütün ciddi tədqiqat institutları və media belə qənaətə gəlir ki, “Şimal axını”nda təxribat güclü dövlətlərin müdaxiləsi olmadan baş verə bilməz.

Beləliklə, nəşr yazır ki, Vaşinqton əvvəldən Rusiyadan qazın nəqli üçün kəmərlərin çəkilməsinin əleyhinə idi.

“Bütün faktlar onu göstərir ki, boru kəmərləri ABŞ, Ukrayna, Polşa və Almaniyanın birliyi və əməkdaşlığı ilə partladılıb. Nəticələr digər sanksiyalarda olduğu kimidir: Almaniya və digər Qərb ölkələri qışın soyuğunda donub qaldılar və Rusiya qazını başqa ölkələrdən yüksək qiymətə almalı oldular. Sanksiyalar Avrasiya yüksəldikcə Qərbin çöküşünü sürətləndirir”, - məqalədə bildirilib.

Oxşar xəbərlər

Rusiya səfiri: ABŞ-nin gizli razılığı olmadan Ukrayna "Şimal axını" qaz kəmərinə hücum edə bilməz
Almaniya "Şimal axını"nda partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib
Rusiya səfiri: "Şimal axını"da partlayış ABŞ-nin icazəsi ilə olub
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp
Politico: ABŞ və Avropa Ukrayna ilə bağlı strategiyasını dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər