WSJ: Aİ, Rusiya Ukrayna ilə atəşkəsi rədd edərsə, “Şimal axını-2”ni bloklaya bilər
sizinxeber.az xəbər saytı

WSJ: Aİ, Rusiya Ukrayna ilə atəşkəsi rədd edərsə, “Şimal axını-2”ni bloklaya bilər


Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Almaniya Federativ Respublikasının kansleri Fridrix Merts ilə, Moskva Qərbin təklif etdiyi Ukrayna ilə 30 günlük atəşkəsə razılaşmadığı təqdirdə, “Şimal axını-2” qaz kəmərinin bloklanması imkanını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Aİ-dən adı açıqlanmayan məmurlara istinadən yazıb.

“Fon der Lyayen cümə günü Brüsseldə səfərdə olan Almaniyanın yeni kansleri Fridrix Merts ilə blokun (Aİ-nin – red.) “Şimal axını-2”yə qarşı sanksiyalar tətbiq etməsi ideyasını müzakirə edib”, – məlumatda qeyd olunub.

Nəşrə görə, “Şimal axını-2”yə sanksiyaların tətbiqi Aİ-nin Rusiyaya qarşı son vaxtlar təklif etdiyi sanksiyalar paketindən ayrı həyata keçiriləcək. Mənbələr iddia edir ki, yuxarıda qeyd olunmuş tədbir, Rusiya Ukrayna ilə atəşkəsdən imtina etdiyi və ya “onu pozduğu” təqdirdə, həyata keçiriləcək.

WSJ vurğulayıb ki, belə bir tədbir bütün Aİ üzv dövlətlərinin dəstəyini tələb edəcək.

Oxşar xəbərlər

Ursula fon der Leyen Fridrix Mertzlə “Şimal axını-2” layihəsinin bloklanması imkanını müzakirə edib
Türkiyə qəzeti “Şimal axını”nı partladan ölkələrin adını açıqlayıb
Rubio “Şimal axını 2”nin “qara siyahı”dan çıxarılacağını təkzib edib
KİV: Merts Almaniya kansleri seçkilərində ikinci tur səsverməsindən imtina edəcək
Rusiya səfiri: ABŞ-nin gizli razılığı olmadan Ukrayna "Şimal axını" qaz kəmərinə hücum edə bilməz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle