Çin ABŞ-ni Pekin və Moskva arasında ticarət əlaqələrini pozmamağa çağırıb
Vaşinqton Pekin və Moskva arasında normal iqtisadi və ticarət əlaqələrini pozmamalıdır.
"Report" xəbər verir ki, bunu TASS-a Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Liu Penqyu deyib.
"Çinin bütün ölkələrlə, o cümlədən Rusiya ilə bərabərlik və qarşılıqlı fayda əsasında normal iqtisadi və ticarət əlaqələri qurmaq hüququ qorunmalıdır", - Çin diplomatik missiyasının rəsmisi vurğulayıb.
O, həmçinin bildirib ki, ABŞ-nin Çinin ticarət yolu ilə Rusiya hərbi-sənaye kompleksini dəstəkləməsi ilə bağlı iddiaları əsassızdır.
“Birləşmiş Ştatlar Ukraynaya kömək etmək üçün aksiya təşkil edir, eyni zamanda Çin və Rusiya arasında normal iqtisadi və ticarət əlaqələri ilə bağlı əsassız ittihamlar irəli sürür. Bu yanaşma ikiüzlü və məsuliyyətsizdir, Çin buna qəti şəkildə qarşı çıxır”, - Penqyu qeyd edib.
Bundan əvvəl ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink Pekini Rusiyanın müdafiə sənayesinə yardım göstərməklə Ukraynadakı müharibəni dəstəkləməkdə ittiham edib.
Oxşar xəbərlər
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Rusiya ilə bağlı 93 şirkətə sanksiya tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Çinin Ukrayna ilə bağlı planını real adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və İranın xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












