ABŞ İrana emal olunmamış metallar və kömür tədarük edənlərə sanksiyalar tətbiq edəcək
sizinxeber.az xəbər saytı

ABŞ İrana emal olunmamış metallar və kömür tədarük edənlərə sanksiyalar tətbiq edəcək


ABŞ administrasiyası İranın tikinti sektoru üçün işlənməmiş metallar, qrafit, kömür və proqram təminatı tədarükçülərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı yazılı bəyanatda bildirilir.

Dövlət Departamenti belə nəticəyə gəlib ki, İranın tikinti sektoru birbaşa və ya dolayı yolla İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH – Silahlı Qüvvələrin elitar bölmələri) nəzarəti altındadır. Xarici siyasət idarəsi, həmçinin İranın nüvə və hərbi proqramlarında, ballistik raketlərin hazırlanması proqramında istifadə olunan 10 strateji materialın siyahısını da dərc edib.

“Bu qərarlar sayəsində ABŞ SEPAH-ın nəzarətində olan tikinti sektoru və kütləvi qırğın silahlarının yayılması proqramları üçün İranın strateji materiallar əldə etməsinin qarşısını almaq məqsədilə daha geniş sanksiya səlahiyyətləri əldə edib”, - Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs bildirib.

Oxşar xəbərlər

ABŞ İranın nüvə problemi ilə bağlı sanksiyaları genişləndirib
Aİ İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib
Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib
ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər