Almaniya XİN başçısı SEPAH-ın terror təşkilatı kimi tanınmasının tərəfdarıdır
Almaniyanın xarici işlər naziri Annalena Berbok İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqı (Aİ) səviyyəsində terror təşkilatı kimi tanınmasının tərəfdarıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Nyu Yorkda jurnalistlərə açıqlamasında bildirib.
“Aİ-də biz, Almaniya hökuməti, mən, Almaniyanın xarici işlər naziri olaraq, müxtəlif sanksiya rejimləri altında yüzlərlə məsul şəxsə qarşı sanksiya tətbiq etmişik. Düsseldorf Ali Məhkəməsinin qərarından sonra bizə hüquqi əsas yaranıb ki, İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına salaq”, - o deyib.
Qeyd edək ki, daha əvvəl Almaniya hökumətinin öz ərazisindəki İranın bütün baş konsulluqlarını bağladığı məlum olmuşdu.
Oxşar xəbərlər
Litva SEPAH-ı terror təşkilatı elan edib
Ukrayna SEPAH-a və üç ölkədən onlarla hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib
KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb
KİV: SEPAH-ın xüsusi təyinatlılarının rəhbəri sentyabrın 27-dən əlaqə saxlamayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













