İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir
sizinxeber.az xəbər saytı

İsrail Qəzzada əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir


İsrail ordusu Qəzza zolağında əməliyyatı özünümüdafiə çərçivəsində genişləndirir, lakin girovların azad edilməsi barədə razılaşma əldə edilərsə, “öz hərəkətlərini düzəltməyə” hazırdır.

“Report” ordu mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir anklavda keçirilən əməliyyat müşavirəsinin yekunlarına dair bildirib.

“Biz əməliyyatımızı genişləndirəcək, əlavə ərazilər üzərində əməliyyat nəzarətini təmin edəcək, HƏMAS hərəkatı tamamilə məğlub edilənə qədər terror infrastrukturunu təmizləyəcək və məhv edəcəyik. Biz özünümüdafiə çərçivəsində hərəkət edirik və özümüzü qorumaq üçün hücum etməliyik. Sərhədin o biri tərəfindəki təhdidləri aydın və qətiyyətlə aradan qaldırmadan özümüzü qoruya bilmərik”, – Zamir bildirib.

O, Qəzzada saxlanılan girovların xilas edilməsinin kampaniyanın əsas məqsədlərindən biri olaraq qaldığını vurğulayıb. “Əgər (onların azad edilməsi ilə bağlı – red.) razılaşma olarsa, İsrail Müdafiə Ordusu öz hərəkətlərini müvafiq şəkildə düzəltmək iqtidarında olacaq”, – Baş Qərargah rəisi əlavə edib.

Baş Qərargah rəisi həmçinin Qəzzada baş verən hər şeyə görə məsuliyyəti yenidən HƏMAS-ın üzərinə qoyub və vurğulayıb ki, bu müharibə 7 oktyabr 2023-cü il hücumu ilə “İsrailə aşılanıb”. Bununla yanaşı, Zamir İsrail hərbçilərinin ciddi şəkildə hüquqi normalar çərçivəsində hərəkət etdiyinə əmin edib və bu barədə hər hansı tənqidi rədd edib.

Oxşar xəbərlər

İsrail HƏMAS girovları azad edənə qədər Qəzza əməliyyatını genişləndirəcək
Qəzzada əməliyyatı genişləndiririk - İsrail
KİV: İsrail ordusu Qəzzaya yeni hücum planını təsdiqləyib
Girovlarla bağlı danışıqlar uğursuz olarsa, İsrail Qəzzada döyüşləri gücləndirəcək
İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər